Mobil versiya
İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!
Tarix: 09-05-2024 | Saat: 17:11
Bölmə:Özəl | çapa göndər

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 32-ci ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mədəni əlaqələri olam Azərbaycan bəşəri dövlət olaraq ehtiramlarla əhatələnib. Bunun nəticəsidir ki, dövlətlərarası münasibətlər sistemində Azərbaycan həmişə öncüllər sırasında olub. Azərbaycan-Bolqarıstan münasibətləri də bu baxımdan diqqəti çəkir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana rəsmi səfəri də bu münasibətlərin daha da dərinləşəcəyinin zəmanətidir. Bu səfər səmərəli siyasi dialoq kimi tarixləşdi. Qarşılıqlı inam və etimad əsasında formalaşmış Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər də bu tezis əsasında genişlənib, genişləndirilir.
Bu iki dövlət arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də yaradılıb.Səfər çərçivəsində xatırladıldı ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” sənədləri imzalandı.Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin hesab edilir.Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri Azərbaycan-Bolqarıstan münasibətlərində yeni bir mərhələ kimi tarixləşəcək. Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.
Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq”. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir. Qeyd edilənləri nəzərə alaraq əminliklə bildiririk ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024