Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin önəmi getdikcə artacaq”
Tarix: 09-05-2024 | Saat: 13:38
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin önəmi getdikcə artacaq”

“Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini dinamik şəkildə inkişaf etdirir. Bu baxımdan 2015-ci ildən strateji tərəfdaşımız olan Bolqarıstanla əlaqələr xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu əlaqələrin formalaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Bolqarıstan Prezidenti Rumen Radevin şəxsi münasibətləri, dövlət başçılarının müntəzəm xarakter daşıyan görüşləri mühüm rol oynayır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də cənab Prezident İlham Əliyev Bolqarıstana səfərlər etmişlər. Bu səfərlərin hər biri iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və şaxələnməsinə xidmət edib. Təsadüfi deyil ki, hazırda Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Əlbəttə ki, Prezident Radevin 8 may tarixində ölkəmizə növbəti rəsmi səfəri də bu tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan fəal və səmərəli dialoq bütün istiqamətlər üzrə əlaqələrin genişlənsinə və dərinləşməsinə möhkəm zəmin yaradır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Bolqarıstan-Azərbaycan əməkdaşlıq əlaqələrinin əsas istiqaməti energetika olsa da, son vaxtlar nəqliyyat sahəsinin də önəmi getdikcə daha çox artmaqdadır: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır. Həmçinin Bolqarıstan artıq qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Lakin Azərbaycan-Bolqarıstan əməkdaşlıq əlaqələrində daha bir mühüm istiqamət nəqliyyat və daşınmalarla bağlıdır ki, bu sahənin də önəmi getdikcə artır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması Azərbaycan ilə Bolqarıstan arasında münasibətləri daha da gücləndirəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024