Test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə RƏSMİ MÜNASİBƏT
Tarix: 24-08-2017, 22:24 | Saat: 15:47:00
Bölmə:Təhsil, Karusel | çapa göndər

Test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə RƏSMİ MÜNASİBƏT








Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aia.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

"Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklər, yeni modelin, yəqin ki, sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək" - məlumatda bildirilib.

aia.az



5214 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
24-11-2017
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930