Mobil versiya
Tramp: “Biz ən pisləri əldə edirik”
Tarix: 16-12-2017 | Saat: 16:11
Bölmə:Siyasət | çapa göndər

Tramp: “Biz ən pisləri əldə edirik”



ABŞ Konqresi "Yaşıl kart”a qadağa qoymalı və Amerikaya edilən zəncirvari miqrasiyanı dayandırmalıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosu Akademiyasının məzunları qarşısında çıxışı zamanı söyləyib.

"Son zamanlar ABŞ-ın qarşısında çox ciddi çağırışlar mövcuddur. Terrorçular son ay ərzində iki dəfə Nyu Yorkun küçələrində bizə zərbə endiriblər. Hər iki halda onlar ölkəyə qeyri-effektiv immiqrasiya sistemindən istifadə edərək gəliblər. Biz bunu düzəltməyə cəhd edirik. Təsəvvür edin ki, ABŞ-a gəlmək üçün lotereya oynanılır. Bu nə sistemdir? İnsanlar lotereyada udaraq ABŞ-a gəlirlər. Biz xarici ölkələrdəki ən pis vətəndaşları bu lotereya sayəsində əldə edirik”, – deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024