Mobil versiya
Rusiyanın Ukraynanın daha iki su elektrik stansiyasına hücumu məlum olub
Tarix: 29-03-2024 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

Rusiyanın Ukraynanın daha iki su elektrik stansiyasına hücumu məlum olub

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin enerji obyektlərinə yeni hücumlar həyata keçirdiyini açıqlayıb. Bu barədə dövlət başçısı özünün Telegram kanalında yazıb.Onun sözlərinə görə, martın 29-na keçən gecə Kaniv və Dnestr su elektrik stansiyalarına (SES) ziyan dəyib. Ukrayna Prezidenti yanında Qərargahın iclası zamanı baş nazir Denis Şmıqal, eləcə də aidiyyəti idarələrin rəhbərləri ərazilərdə təşkil olunmuş ziyan və bərpa işləri barədə məlumat veriblər.

Martın 22-də gecə hücumu nəticəsində Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr su elektrik stansiyası sıradan çıxıb. Obyektin əhəmiyyətli dərəcədə dağılması barədə məlumatı ölkənin Baş Prokurorluğu da təsdiqləyib.Bundan sonra “Ukrhidroenerqo”nun baş direktoru İqor Sirota Dnepr SES-in bərpasının vaxtını şərh edib. O bildirib ki, stansiyanın layihə vəziyyətinə qaytarılması üçün illər lazım olacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024