Mobil versiya
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü VİDEO-FOTO
Tarix: 27-04-2024 | Saat: 15:10
Bölmə:Ölkə | çapa göndər

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü

aia.az xəbər verir ki, aprel ayının 27-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.

Dövlət Sərhəd Xidməti aparatında davam edən tədbirdə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

Keçirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin anası Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn, zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənc xanımlarımızın formalaşmasına parlaq nümunə olması xüsusi vurğulanıb.

Əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verən görkəmli alimin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar apardığı eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəli təklifin müəllifi olduğu qeyd edilib.

Tədbirin sonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş “Sönməyən işıq” sənədli filmi nümayiş olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024