Mobil versiya
Bərdə sakininin evindən 1 kiloqramdan artıq heroin götürülüb
Tarix: 20-09-2019 | Saat: 16:45
Bölmə:Cəmiyyət | çapa göndər

Bərdə sakininin evindən 1 kiloqramdan artıq heroin götürülüb


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evdən yüksək təsirdici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024