Türkiyədə fahişələrlə bağlı əməliyyat: 3 azərbaycanlı saxlanıldı
Tarix: 9-11-2018, 15:19 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyədə fahişələrlə bağlı əməliyyat: 3 azərbaycanlı saxlanıldı


Türkiyənin Karabük vilayətində fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirilib. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aralarında iki bacının da olduğu 6 nəfər saxlanılıb.





Əməliyyat ötən gün Yüz il məhəlləsində keçirilib. Polis əməkdaşlarına həmin ünvanda yerləşən evlərdən birində fahişəliklə məşğul olanlarla bağlı məlumat daxil olub.





Evdə fahişəliklə məşğul olunduğu ehtimal olunan 29 yaşlı Rusiya vətəndaşı F.R, 45 və 19 yaşlı Azərbaycan vətəndaşları K.S və A.S, qadınlarla əlaqədə olan T.Ç, İ.Ö, M.A və qadınları pul qarşılığında fahişəliyəcəlb edən və K.S-nın bacısı olan 50 yaşlı L.M tutulublar.





Həmçinin evdən fahişəlik yolu ilə qazanılan 5 min 500 TL pul aşkar edilərək götürülüb. 6 nəfər hərəyə 521 lirə olmaq üzrə ümumilikdə 3 min 126 lirə cərimə olunublar.





Qadınlar Karabük Egitim və Araşdırma Xəstəxanasının zöhrəvi xəstəliklər şöbəsində müayinədən keçirilib. 4 qadın öz ölkələrinə göndərilmələri üçün Miqrasiya İdarəsinə aparılıb.

Virtualaz.org.

aia.azшаблоны для dle 11.2



533 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}