Erməni səhra komandirləri Talış kəndinə cəmləşmək istəyirlər
Tarix: 10-12-2016, 14:01 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Erməni səhra komandirləri Talış kəndinə cəmləşmək istəyirlər







Ağdərə rayonunun ermənilər yaşayan Talış kəndinin ətrafındakı yüksəkliklərin Azərbaycan ordusunun əlinə keçməsindən sonra düşmən ölkədə bu kəndin faktiki itirilməsi ilə barışmaq istəmirlər.

Aia.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə bir sıra keçmiş səhra komandirləri və erməni Qarabağ veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək onların Talış kəndində yerləşdirilməsini təmin etməyə çağırıblar. Bu haqda istefada olan erməni generalı, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.



Onun sözlərinə görə, veteranlar və bir sıra komandirlər yığışıb Talış kəndində yaşamağı və xidmət etməyi istəyirlər. Ancaq buna "dövlət səviyyəsində" icazə lazımdır. "Onların arasında Qarabağdan olan komandir Arkadi Karapetyan da var", - Ter-Tadevosyan deyib.

Bildirilir ki, bu məqsədlə Ermənistanda "Talış" ictimai birliyi də yaradılır. Tezliklə veteranlar öz müraciətlərini yayacaqlar və könüllüləri toplamağa başlayacaqlar. "Hazırda müxtəlif istiqamətlərdən könüllülər gəlir. Çoxları buraya ona görə gəlirlər ki, Qarabağa getsinlər və orada yeni kəndlər, habelə Yeni Talış salıb yaşasınlar", - qoca "komandos" iddia edib.

Xatırladaq ki, Ermənistan hökuməti və Dağlıq Qarabağdakı qondarma rejim Talış kəndindən qaçmış erməniləri geri qaytarmaq üçün müxtəlif vədlər versələr də ermənilər oraya qayıtmaqdan imtina edirlər. Bildirirlər ki, kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarəti altındadır və orada yaşamaq təhlükəlidir.



Əgər erməni könüllülərinin və keçmiş səhra komandirlərinin Talışda məskunlaşmaq planı baş tutsa, onlar Azərbaycan ordusu üçün mülki hədəf sayılmaycaqlar. Və Azərbaycan ordusu yüksəkliklərdəki mövqelərdən həmin silahlı muzdlulara minomyot zərbələri endirməkdə tam sərbəst olacaq.шаблоны для dle 11.2



5473 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}