Mobil versiya
Bakı funikulyoru pullu oldu – VİDEO
Tarix: 18-01-2017, 16:09 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakı funikulyoru pullu oldu – VİDEO

9 aylıq fasilədən sonra Bakı funikulyoru fəaliyyətini bərpa edib.

Oxu.Az-ın məlumatına görə, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov istipress-ə açıqlamasında bildirib ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib.

Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək. Artıq paytaxt sakinləri, eləcə də şəhərimizin qonaqları funikulyorun xidmətindən istifadə edirlər. Onlar funikulyordan istifadə haqqının münasib olduğunu bildiriblər.

Qeyd edək ki, Bakı funikulyoru 4 ildir ödənişsiz fəaliyyət göstərirdi. 2012-ci ildə yeni sistemin quraşdırılmasından sonra xidmətdən istifadə pulsuz idi. Yeni sistem quraşdırılmamışdan əvvəl isə xidmətin qiyməti 20 qəpik olub.

Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 57 il ötür. O, Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.

Bakı funikulyorunun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Stansiyalararası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olmuşdur.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanmış və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdir. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.



5480 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
12-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930