Mobil versiya
Dünyanın ən nüfuzlu 500 müsəlmanının adı açıqlandı
Tarix: 10-10-2016 | Saat: 16:52
Bölmə:Seçilənlər-2 | çapa göndər



Siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də var.

İordaniyanın Əmman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzi və Amerikadakı İslam-Xristian Dialoqu Mərkəzinin hazırladığı “Muslim 500-2017” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.

Siyahıya Misir sünnülərinin lideri Şeyx Əhməd Məhəmməd əl-Tayyib başçılıq edir.

Növbəti yerlərdə İordaniya kralı Abdullah (2), Səudiyyə Ərəbistanı kralı Salman Ben Əbdüləziz Əl-Saud (3), İranın ali dini lideri Seyid Əli Xameneyi (4) gəlir.

İraq şiələrinin lideri Seyid Əli Sistani 7-ci, Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan isə 9-cu yerdə qərar tutub.

Ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb. Onunla yanaşı, ən nüfuzlu 500 müsəlman siyahısında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adı var.

Azərbaycandan Prezident İlham Əliyevlə yanaşı, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və Xalq artisti Alim Qasımovun adı, ən nüfuzlu dünya müsəlmanlarının siyahısında qeyd olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024