Mobil versiya
Bakının elit çimərliklərində 2016-cı ilin qiymətləri - SİYAHI
Tarix: 28-06-2016, 10:42 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Bakının elit çimərliklərində 2016-cı ilin qiymətləri - SİYAHI


Gözlənilən isti yay mövsümü başladı. Bakı sakinləri və şəhərimizin qonaqları şokolad kimi qaralmaq üçün özlərini Xəzərin sahillərinə veriblər. Amma xatırlatmaq yerinə düşər ki, bu gün çimərlikdə dincəlmək heç də pulsuz deyil. Çimərliklərə giriş haqqı dənizkənarı istirahət zonalarının kateqoriyasından asılı olaraq dəyişir.

Aia.az Bakının elit çimərliyinin mənzərəsini canlandırmağa çalışıb.


"Sea Breeze Hotel" - Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.

"Amburan" - Bilgəh kəndindəki məşhur çimərlik. Giriş qiyməti həftənin günlərindən asılı olaraq dəyişir. Həftə içi 20 manat, həftə sonları 25 manat. Bu məbləğə hovuz, duş otağı, "lejanka”dan sitifadə daxildir.

Mərdəkan "Dalğa Beach-Aqua Park" eyni prinsip üzrə işləyir. 1-5 günlər giriş 25 AZN şənbə bazar günləri 35 manat təşkil edir. Həftənin günlərindən asılı olmayaraq 6 yaşdan 12 yaşadək uçaqlar üçün uşaqlar üçün giriş 15 manatdır.

Paytaxtın daha bir elit çimərliyi - "Jumeirah Hotel Baku". Həftəiçi böyüklər üçün giriş 45 manat, uşaqlar üçün 20 manat. Cümə, şənbə və bazar günləri isə qiymətlər dəyişir. Böyüklər üçün 55 manat, uşaqlar üçün 30 manat.

Siz həmçinin Şıxovdakı "Nar & Sharab" restoranının xidmətlərindən də yararlana bilərsiz. Böyüklər üçün giriş 15 manat, 6 yaşadək uşaqlar üçün pulsuz daxil ola bilər. Məbləğə hovuz, duş, dəzgah və dəsmal daxildir.

Novxanıdakı "Af Hotel Aqua Park"-a giriş 15 manat, Şıxovdakı "Crescent Beach Hotel"ə 30 manat.

Şıxovdakı daha bir çimərliyə "Mambo Beach Club"-a böyüklər 15 manata, 6 yaşadək uşaqlar isə pulsuz daxil ola bilər. Bu qiymət həftə içinə addir. Həftəsonu isə qiymət 20 manata qalxır.



5881 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
29-12-2017, 09:42 Cəbhədə silahlar susmur



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031