Mobil versiya
“İŞİD Dağlıq Qarabağda: Əfsanənin ifşası“
Tarix: 08-05-2016 | Saat: 16:36
Bölmə:Karusel | çapa göndər

“İŞİD Dağlıq Qarabağda: Əfsanənin ifşası“





“Söhbət xalis dezinformasiyadan gedir…”

Dağlıq Qarabağ – keçmiş Sovet respublikaları Azərbaycan və Ermənistan arasında mübahisəli ərazidir.

Azərbaycan müsəlman, Ermənistan isə xristian ölkəsidir. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, dinin siyasiləşməsindən qəti surətdə imtina olunub və bura tamamilə dünyəvi bir dövlətdir. Amma bunun əhəmiyyəti yoxdur, çünki islamafobiya elə güclüdür ki, onun yalanları, həmişə haradasa özünə kök atacaq yeri tapacaq. Xüsusən də divan geosiyasətçiləri arasında.

Bu isə ”müsəlman xalqı” və “islamizm/terrorizm/İŞİD” kimi anlayışların çox asanlıqla qarışdırılmasına gətirib çıxara bilər. Fransada belə şeylər hələlik görünmür. Çünki bizim divan geosiyasətçilərimiz ingilis və ya rus dillərindəki məqalələrlə tanış olmağa vaxt ayırmağa hazırdırlar.

Lakin digər ölkələrdə ağılsız iddialar, heç bir əlaqəsi olmadan İŞİD-i də mübariznin bir parçasına çevirir.

- ŞAYİƏ

Yalan məlumatlar Dağlıq Qarabağ (ermənilər) və Rusiya mənbələrindən gəlir.

Bəs, söhbət nədən gedir? Söhbət ondan gedir ki, guya Azərbaycan Dağlıq Qarabağda İŞİD döyüşçülərindən istifadə edir. 5 aprel tarixində Azərbaycan Müdafiə Nazirliyi bu şayiələri kəskin təkzib etdi və fürsərdən yararlanaraq, həmin sayiələrin mənbəyi hesab olunan Kremli də tənqid atəşinə tutdu.

Əgər Rusiya Azərbaycanı öz tərəfinə çəkmək istəyirsə və ya ən azından onun Qərbə itələnməsinə maraqlı deyilsə, onda sadəcə olaraq, bu cür şayiələrın yayılması Rusiyaya da lazım deyil.

Lakin Moskvadakı bəzi qüvvələr, erməni müttəfiqlərinə kömək etmək və ya Qərblə hədsiz yaxınlıq göstərən Azərbaycana qarşı təziyq məqsədilə, bu cür dezinformasiyanın yayılmasını istəyə bilərlər.

- ŞAYİƏLƏRİN TƏKZİB EDİLMƏSİ

Məsələ ondadır ki, burada söhbət xalis dezinformasiyadan gedir. Buna əmin olmaq üçün istənilən ekspert və ya jurnalistin çox asanlıqla əldə edə biləcəyi məlumatlara göz gəzdirmək kifayətdir. Fikirlərimizı Azərbaycandakı radikal islam barədə məlum olan açıq mənbələrə istiqamətləndirək. İŞİD-in potensial auditoriyasını məhdudlaşdıran fakt ondan ibarətdir ki, azərbaycanlıların 85%-i şiədir.

Psevdoxilafət (Yalançı xilafət) ritorikasında ilk növbədə, anti-Qərb xarakteri deyil, anti-şiə xarakteri yer tutur. Bundan əlavə Azərbaycan cəmiyyətinin yarısından çoxu dindar deyil və son sorğulara görə, azərbaycanlıların 49%-i qeyd edib ki, din onların gündəlik həyatında böyük rol oynamır. Hətta, dini inancları özü üçün mühüm hesab edənlər – istər şiə, isərsə də sünnü olsunlar, İŞİD-ə qarşı simpatiya duymurlar.

Azərbaycan KİV-ləri və hakimiyyəti, bəzi vətəndaşlarının Suriyada döyüşdüklərini inkar etmirlər. Amma onlar heç də mütləq olaraq İŞİD-in tərəfində döyüşmürlər, məsələn şiə dəstələri içərisində vuruşanlar da var. İstənilən halda onların hrəkətləri təqdir olunmur. İŞİD-in azərbaycanlı döyüşçüləri Bakıya və onları rahat buraxmayan xüsusi xidmət orqanlarına olan qəzəblərini gizlətmirlər. Onu da bildirək ki, psevdoxilafət və taliban tərəfindəki döyüşlərdən sonra evə qayıtmağa cəhd göstərən də, bu adamların nazı ilə oynamayaraq, onları dərhal həbs edirlər.

12 okyabr 2014-cü ildə müxalifətin Bakıda keçirilən nümayişi zamanı, kütlənin içərisində İŞİD bayrağı yüksələndə beş nəfər həbs olunmuşdu. Nəhayət, əgər Moskvadakı mənbəyə inansaq, İŞİD şiə İranına təzyiq etmək üçün Azərbaycandakı vəziyyəti gərginləşdirmək istəyir.

Beləlkilə, Bakı ilə İŞİD barışmaz ziddiyyətdədirlər. Bu isə onlar arasındakı potensial əməkdaşlığı çətinləşdirir və mümkünsüz edir. Digər tərəfdən isə Azərbaycan hakimiyyətinin ermənilərdən daha çox onların özü ilə mübarizə aparmağa hazır olan radikal islamçı yaraqlıların Qarabağdakı döyüşlərdə iştirakına göz yumacağı inandırıcı deyil.

Gəlin bir qədər də irəliyə gedək. Rusiya mənbələri bildirir ki, İŞİD Dağlıq Qarabağı qaytarmağı arzulayan və Bakını hədsiz mötədil hesab edən azərbaycanlıları döyüşçü kimi öz tərəfinə cəlb etməyi bacarıb. Onda psevdoxilafətin məntiqi belədir: gəlin bizdə hazırlıq keçin və sonra isə gedib ermənilərin zəbt etdiyi əraziləri azad edin. Ancaq bu iddia, İŞİD-in azərbaycanlı döyüşçüləri barəsindəki bizdə olan məlumatlara heç uyğun gəlmir.

Ən əvvəl Azərbaycandan gələn döyüşçülər, ölkənin şimal bölgəsindəndirlər və onların əksər hissəsi avar və ləzgilərdir. Bu xalqlar anti-Rusiya üsyanında yer alıblar. Əgər yaxşı xatırlasaq, onda görərik ki, 2014-cü ilin martından 2015-ci ilin aprelinədək “Qafqaz əmirliyi”nin keçmiş lideri milliyətcə avar Aliashab Kebikov olub.

Yəqin ki, azərbaycanlılar içərisində Bakını ermənilərə qarşı hədsiz dözümlülükdə ittiham edən, radikal islamçı mühafizəkarlar tapmaq olar. Lakin son illər Suriyaya yollananların əksəriyyətinin, bunu Moskvaya olan nifrətinə və Şimalı Qafqazdakı islamçıların çağırışına cavab olaraq etməsi ehtimalı daha yüksəkdir.

Göründüyü kimi İŞİD-in azərbaycanlı döyüşçülərinin Şimali Qafqazla əlaqələri daha böyükdür, nəinki Dağlıq Qarabağla. Bu isə həmin şayiələrin əsassızlığını bir daha nümayiş etdirir.

Nəhayət, Azərbaycan ordusu neft və qaz ixracından əldə olunan pullar hesabına kəskin şəkildə yenilənib. Rusiya və İsraildən alınan texnikalar, ölkənin silahlı qüvvələrinin modernləşməsinə imkan yaradıb. İndi Azərbaycan ordusu nəzəri baxımdan hücum əməliyyatı keçirərək, Dağlıq Qarabağı özünə qaytara bilər. Coğrafi planda bu çətin olsa da, amma hərbi cəhətdən mümkündür. Qeyri-requlyar və özünə tabe omayan dəstələrin varlığı, Bakı üçün yalnız problemlər yarada bilər.

Beləliklə, İŞİD döyüşçülərinin Azərbaycan tərəfdən Dağlıq Qarabağda vuruşmaları barəsindəki şayiələrin əsası yoxdur.

- Nə üçün bu cür şayiələrlə mübarizə aparmaq lazımdır?

Geosiyası oyunlarda manipulyasiya etmək üçün beynəlxalq islamizmlə mübarizə aparmaq çox mühümdür. Bu cür qeyri-sağlam təbliğat, 2003-cü ildə İraqda müharibə aparmaq üçün istifadə edilib. Onu da deyək ki, İraqa edilən müdaxilə İŞİD-in yaranmasına və “Əl-Qaidə”nin müəyyən müddətə öz mövqeyini möhkəmləndirməsinə imkan verdi.

Dağlıq Qarabağdakı vəziyyət onsuz da, orada İŞİD-in döyüşçülərinin iştirakı olmadan belə, kifayət qədər mürəkkəbdir. (azpolitika.info)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024