Mobil versiya
“Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur” - Məleykə Abbaszadə
Tarix: 18-12-2019 | Saat: 15:42
Bölmə:Təhsil | çapa göndər

“Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur” -


"Azərbaycanda qəbul imtahanlarında pulsuz iştirak etmək üçün hər bir insanın bir şansı var. Həmin imtahanın haqqını dövlət ödəyir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qəbul imtahanında ilk dəfə iştirak edəndə pul ödənilmir.

"Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər var, həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandılar. Özbəkistanda bu qiymətlər orta əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır.

Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də verilən məvacibin onları qane etmədiyini söyləyirlər. Belə olan halda, biz qiymətləri necə aşağı sala bilərik?"


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024