Mobil versiya
"Sərhədlərin toxunulmazlığı vacibdir" - BMT-dən Qarabağa açıqlaması
Tarix: 24-10-2019 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

"Sərhədlərin toxunulmazlığı vacibdir" -

"BMT dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını vacib hesab edir".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande deyib.

O bildirib ki, BMT beynəlxalq hüququn formalaşmasına öz dəstəyini verib və dövlətlərin sərhədlərinin toxunulmazlığını vacib sayır: "Biz bütün dövlətləri də buna əməl etməyə çağırırıq. BMT-də qəbul edilmiş qətnamələr bunu nümayiş etdirir. Dövlətlərin sərhədləri dəyişdirilməməli, sərhədlər toxunulmaz olaraq qalmalıdır".

"Biz razılaşma olmadan güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. BMT Təhkükəsizlik Şurasının, Baş Assambleyanın mövqeyi var və bu dəyişmız olaraq qalır. Bir mexanizm olmalıdır ki, bu cür münaqişələr həllini tapsın. BMT-nin rolu isə həmin mexanizmə yardım etmək olar. Hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır. Ümid edirik ki, dinc şəkildə münaqişə həllini tapacaq, - deyə Tijjani Muhammad-Bande vurğulayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024