Mobil versiya
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlanıb
Tarix: 26-09-2019 | Saat: 10:30
Bölmə:Cəmiyyət | çapa göndər

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlanıb



Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024