Mobil versiya
Hacıqbulda İsmayıllı sakininin başından balta ilə vurdular
Tarix: 30-01-2016, 15:31 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Hacıqbulda İsmayıllı sakininin başından balta ilə vurdular
Əsgərovun sərxoş olduğu bildirilir.

Hacıqabul sakini çayxanada İsmayıllı sakininə balta ilə ciddi xəsarət yetirib.

Aia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Hacıqabul rayonunun Nəvahi kəndindəki çayxanada baş verib.

Nəvahi kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Şahin Habil oğlu İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Nurməmmədov Rövşən Zeynəddin oğlunun baş nahiyəsindən balta ilə vurub.

Sonuncu kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlib.

Ş. Əsgərov polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Ş. Əsgərovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



5563 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031