Mobil versiya
Polis saxladı, sürücü dönər bıçağı ilə hücum etdi
Tarix: 21-08-2019, 15:27 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Polis saxladı, sürücü dönər bıçağı ilə hücum etdi


Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı, "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib.

Lakin sürücü buna tabe olmayaraq, avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə, avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.

Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.

M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.

Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.

M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.

aia.az



555 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30