Mobil versiya
Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək
Tarix: 17-07-2019, 12:29 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək


Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aia.az-a verilən məlumata görə, hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binlaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır.

Belə ki, 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.

Həmçinin 154 və 205 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.

Hazırda həyata keçirilən bütün təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

aia.az



575 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
15-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031