Mobil versiya
Notr-Dam kilsəsi niyə yandı? - 3 VERSİYA
Tarix: 16-04-2019, 17:56 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Notr-Dam kilsəsi niyə yandı? -


Fransa Daxili İşlər Nazirliyi Paris Notr-Dam kilsəsində baş varən yanğınla bağlı artıq üç əsas versiyanı nəzərdən keçirir.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Əsas versiya kimi yanğının təsadüfən baş verməsi nəzərdən keçirilir. Belə ki, yanğın zamanı tam məhv olan kilsə şpili (uzun qüllə) və ona birləşik hissələrin təmir zamanı yenilənməsi planlaşdırılırdı. Odur ki, yanğının qaynaq aparatından, kabellərdən və ya hansısa kimyəvi maddənin yayılmasından yarana biləcəyi ehtimal edilir.

Amma belə obyektdə təhlükəsizlik texnikasına əməl edilməməsini təsəvvür etmək çətindir. Buna görə də Fransa mətbuatı lap əvvəldən kilsənin qəsdən yandırıldığı versiyasını irəli sürüb. Yanğının Parisin rəmzi olan məbəddə Prezident Emanuel Makronun "sarı juletlilər"in nümayişinə qarşı çıxışından bir saat əvvəl başlaması diqqət çəkir.

Üçüncü variant isə terroristlərlə bağlıdır. Yanğın katoliklərin Pasxa bayramından əvvəlki Müqəddəs Həftənin əvvəlində baş verib. Eyni zamanda Fransada son iki ay ərzində 10 kilsə yandırılıb və bu baxımdan Notr-Dam faciəsi təsadüfdən çox müəyyən hadisələr zəncirinin kulminasiyasına daha çox oxşayır.

aia.az



5149 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930