Mobil versiya
Ömrün son ilinin qürurverici yekunları
Tarix: 14-02-2019, 12:12 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-10 | çapa göndər

Ömrün son ilinin qürurverici yekunları




Mərhum nazir Yavər Camalov sonuncu dəfə sədrlik etdiyi kollegiya iclasında sanki özünün keçdiyi şərəfli ömür yolunun hesabatını vermiş oldu

Məlum olduğu kimi, Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də,69 yaşında vəfat edib. Mərhumun barəsində ən dürüst, ən səmimi sözlər Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış nekroloqda öz əksini tapmışdı. Qeyd olunmuşdu ki, Yavər Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırmışdır. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.



Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Yavər Camalovun özünəməxsus xidmətləri vardır

Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artmış və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunmuş və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.



Yuxarıda da qeyd etdiyimiz kimi, Yavər Camalov rəhbərlik etdiyi nazirlikdə 2018-ci il yanvar ayının 19-da sonuncu dəfə keçirdiyi, 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında sanki öz həyatının da son bir neçə ilinin yekun hesabatını vermiş oldu.Çünki, nazirliyin hesabatlarında tamamlanma tarixi ilə əlaqədar olaraq, sadəcə bir ilin yekunu kimi qeyd olunan hər hansı bir layihənin tam icrası, əslində insan həyatının bir neçə illik enerji sərfini, elm, bilik, bacarıq və digər potensiallarının səfərbərliyini tələb edir.

Yavər Camalov sonuncu dəfə sədrlik etdiyi kollegiya iclasında Nazirliyin son bir neçə ildə göstərdiyi gərgin fəaliyyətinin nəticələrini ümumiləşdirmiş formada təqdim etmişdi

Nazirliyin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda 2 istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılmış və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.



Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 2017-ci ildə, Silahlı Qüvvələr günü ərəfəsində Şirvan şəhərində yerləşən zavodların açılışında iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı fikirlərini belə ifadə etmişdi: “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik”. Əlbəttə ki, dövlət başçısının bu sözləri nazirliyin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilmişdir
Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunmuşdur. Yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunmuşdur. Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilmişdir.



Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artmışdır.
2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilmişdir.
Hesabat dövründə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılmışdır.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılmsı işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılmışdır.

Göründüyü kimi, bəzən bütün bu işlərin həyata keçirilməsinə nəinki bir, hətta bir neçə insan ömrü də bəs etməyə bilər. Məhz bu səbəbdən dsə, Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri dövlətimiz tərəfindən də daim yüksək qiymətləndirilmişdir. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5206 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}