Mobil versiya
DİM-dən “Şəxsi kabinet” yaradanlara MƏLUMAT
Tarix: 5-02-2019, 11:51 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

DİM-dən “Şəxsi kabinet” yaradanlara MƏLUMAT



DİM-in elektron xidmətlərindən istifadə etmək üçün "Şəxsi kabinet” yaradanların nəzərinə!

"Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir.

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron "Şəxsi kabinet”i olmalıdır. "Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, artıq "Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi aktual nömrə kimi saxlanılır.

"Şəxsi kabinet” yaradılan zaman mobil telefon nömrəsinin tələb olunmasının üstünlüyü ondan ibarətdir ki, həm zəruri hallarda istifadəçi ilə əlaqə saxlanıla bilər, həm də gələcəkdə "Şəxsi kabinet”in parolu itirilən zaman kabinetin "parolu unutmuşam” bölməsindən istifadə etməklə SMS vasitəsilə parol mobil telefon nömrəsinə göndərilə bilər. Artıq "Şəxsi kabinet”i olan, lakin "əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsini qeyd etməyən və ya digər şəxslərə məxsus telefon nömrəsi qeyd olunan istifadəçilərə tövsiyə edirik ki, gələcəkdə bu xidmətdən istifadə etmək üçün "Şəxsi kabinet”lərinə daxil olub "əlaqə məlumatları” bölməsində özlərinə məxsus mobil telefon nömrəsini qeyd eləsinlər

aia.az



5201 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}