Mobil versiya
Saatlıdakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı
Tarix: 12-06-2018, 11:39 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Saatlıdakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı


"İlkin rəyə əsasən, Saatlı rayonunun Simadakənd kəndində pambıq tarlasında baş verən zəhərlənmə qida zəhərlənməsi deyil"

AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, tarladan, kimyəvi maddələrin saxlanıldığı anbarlardan və xəstələrdən götürülmüş nümunələr ekspertiza olunub.

"Saatlıda pambıq tarlasında baş verən zəhərlənmə bilavasitə ölkə başçısının nəzarəti altındadır. Dünən ilkin məruzələr ölkə rəhbərliyinə olunub və müvafiq tapşırıqlar verilib. Qida təhlükəsizliyinin ekspertlərinin iştirakı və digər qurumların əməkdaşları olmaq şərti ilə Saatlıda həm tarlada, həm də kimyəvi maddələrin saxlandığı anbarlarda ekspertizalar həyata keçirilib. Həmçinin xəstələrdən götürülmüş nümunələr ekspertiza olunub.

Xəstəxanalara yerləşdirilən xəstələrin bir qisminin vəziyyəti qənaətbəxşdir, bir qismi artıq evə buraxılıb. Ekspertizanın cavabları məlum olan kimi dərhal ictimaiyyətə həm Baş Prokurorluq, həm də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məlumat veriləcək. Ekspertizaların ilkin rəyinə əsasən, zəhərlənmə mənşəyi qida məhsulu deyil".

Q Təhməzli qeyd edib ki, ilkin rəyə əsasən, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisitlər nəticəsində baş verib.

aia.az



5230 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930