Mobil versiya
Azərbaycanın bu şəhərində 100 min nəfərə 1 tualet düşür
Tarix: 08-05-2017 | Saat: 14:13
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın bu şəhərində 100 min nəfərə 1 tualet düşür



AİA.Az lent.az-a istinadən Azər Qasımovun yazısını təqdim edir:

Tualetin olmaması kimi xoşagəlməz bir məsələ Sumqayıtda özünü daha qabarıq şəkildə göstərir. Bu gün Sumqayıt şəhərində tualet problemi qabarıq şəkildə qalmaqdadır. Sumqamyıtda ictimai tualetlər pullu olmalarına rəğmən, əhalinin sayına tərs-mütənasibdir. İnsanların gur olduğu mərkəzi yerlərdə, məsələn, Nizami meydanı ətrafında, Azərbaycan prospektində ictimai tualet yoxdur.

400 minə yaxın əhalisi olan, ölkənin ikinci şəhərində cəmi-cümlətanı 3-4 ayaqyolunun olmasından həm yerli sakinlər, həm də şəhərə gələn qonaqlar əziyyət çəkir.
Əhalinin sıx olduğu mərkəzi yerlərdə isə - Avtovağzalı saymasaq - heç bir ayaqyolu yoxdur. Mikrorayonlarda da həmçinin ictimai tualet yoxdur.

Təsəvvür edin ki, Sumqayıt bulvarının ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr, "Nəsimi" adına Mədəniyyət və istirahət Parkının isə sahəsi 80 hektardır. Və 200 hektara qədər böyük ərazidə cəmi 2 ayaqyolu var. Təzə inşa olunan Sumqayıt Bulvarında isə istirahət obyektləri, attraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranların inşa olunmasına baxmayaraq, ayaqyolu tikmək "yaddan" çıxıb. Belə çıxır, təcili tualetə getmək istəyən bulvarın bir başından o biri başına 2-3 km qaçmalıdır.

Böyük şəhərdə 3-4 dənə ictimai ayaqyolunun olması isə yox kimi şeydir, çünki tələbatı ödəyə bilməz. Bəlkə də şəhər sakinləri bu problemi dilə gətirməyə utanırlar, ancaq şəhərimizin qonağı olmuş istənilən bir şəxs bu problemi qabardır və bizlərə irad tutur.

Kimsə deyə bilər ki, bəs şəhərdəki çoxsaylı şadlıq evlərində, restoranlarda, kafelərdə, çayxanalarda ayaqyolular var və ora "müraciət" etmək olar. Düzdür, bu belədir, amma onların çoxu ancaq həmin məkanların müştəriləri üçün açıqdır və çox zaman elə yerlərdə ayaqyoluların qapıları bağlı olur, açarları da işçilər müştərilər üçün özlərində saxlayır. Üstəlik, həm bir çoxları, ələlxüsus qadınlar belə yerlərə müraciət etməyə utanırlar, həm də kənar adamlara ümumiyyətlə açar verilmir.
Güc-bəla ilə "tapdığımız "binəva turistlər də gəzməli yer axtarmaq əvəzinə bir də görürsən tualet axtarışına çıxırlar. Əslində mövzudan danışmaqdan yox, tualetlərin olmamağından utanmaq lazımdır. Təbii ehtiyaclarını ödəmək istəyən yerli sakinlər və Sumqayıta gələn qonaqlar şəhərdə tualet axara-axtara qalırlar.

Sumqayıtda bu sarıdan vəziyyət kəndləri, rayonları xatırladır. Rayonların da çoxunda avtovağzallarda adətən bir ayaqyolu olur, onun içərisi adətən olduqca bərbad, antisanitariya vəziyyətində olur, üfunət qoxusu baş çatladır.

Necə deyərlər ,əcnəbi göydə balonlarla gəzir, biz hələ ayaqyolu problem yaşayırıq. Ayaqyolu mədəniyyətinə nəinki ölkənin mədəniyyəti ölçülür, ayaqyoluların çox olması, həm də iqtisadi cəhətdən inkişafın göstəricisidir. Heç bir inkişaf etmiş normal ölkələrdə ayaqyolu problem yoxdur, hər addımbaşında var.

Heç İcra Hakimiyyətinin özü bu məsələni həll etməyə də bilər, sadəcə hər şeydən pul çıxarmağı bacaran iş adamlarında maraq oyatsalar, tez bir zamanda 20-40 qəpiklik ayaqyolular kifayət qədər inşa edilər ki, bundan yerli sakinlər də udar. Hətta Sumqayıtda yeraltı ayaqyolu da inşa etmək olar.

Sumqayıtda parklarda, bulvarda istirahət edənlərin əksər hissinin yaşlı nəslin nümayəndələri-pensiyaçılar və uşaqlar olduğundan onların ayaqyoluna daha çox ehtiyacı var.
Şəhərə milyonlarla manat pul ayrılır və şəhərdə insanların gur olduğu yerlərdə, parklarda, küçələrdə tualetlərin açılması heç də çətin məsələ deyil. Şəhər sakinləri arasında sorğu keçirərək də yerlər müəyyənləşdirilə bilər. Müəyyən etmək olar ki, neçə tualet lazımdır və haralarda. Təbii ki, bunun etmək üçün birinci yerli məmurlarda gərək istək olsun. Mən başa düşürürəm, ola bilsin, məmurlar heç şəhəri adi adam kimi gəzmirlər və bu problem onlara yaddır, bunu vacib saymaya bilərlər, ancaq bir dəfə başlarına gəlsə, "başmaqçı" olarlar, bəlkə də əncam çəkərlər.

Sürətlə Avropaya inteqrasiya etdiyimiz bir zamanda biz hələ də ictimai ayaqyolu problemi yaşayırıq. Necə olur ki, şəhərin dörd bir yanında park salır, ancaq bir "WC" tikilmir?

Tikinti normalarına, standartlara görə ictimai ayaqyolularda 1000 nəfərə bir - unitaz düşmək hesabı və hər 500-700 metrdən bir aralı tikilməlidir. Ancaq bir başdan-digər başa uzununa 6,5 km olan Sumqayıtda bu qətiyyən nəzərə alınmayıb.

Ümid edirəm, bu çətin olmayan problem şəhər rəhbərliyi tərəfindən həll olunacaq və Sumqayıtda avtomatik, daşınar (səyyar) və ya daşınmaz (stasionar)ictimai ayaqyolular inşa olunacaq, camaat da bu problemdən qurtulacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024