Mobil versiya
İlhamə Quliyeva köməkçisini işdən qovdu
Tarix: 05-10-2015 | Saat: 13:46
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər


“Sənətkarın etibarından sui-istifadə edib”.

Bir ildən artıqdır ki, Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli İlhamə Quliyevanın köməkçisi işləyən Hüseynova Mehriban Bəylər qızı işindən azad edilib.

Bu barədə Oxu.Az-a məlumatı İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərov verib.

O, bildirib ki, buna səbəb Hüseynova Mehribanın sənətkarın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub:

“Nəzərinizə çatdırırıq ki, Hüseynova Mehriban Bəylər qızının sənətkar İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur və onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb. Onun işdən uzaqlaşdırılmasının səbəbləri ətraflı şəkildə yaxın günlərdə açıqlanacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024