Mobil versiya
“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu - “Türkiyədə pulumu vermirdilər”
Tarix: 06-02-2017 | Saat: 13:58
Bölmə:Dünya / Manşet | çapa göndər

“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu - “Türkiyədə pulumu vermirdilər”





Məşhur “Min bir gecə” serialında canlandırdığı “Ali Kemal” obrazı ilə tanınan aktyor Ergün Demir Argentinada Türiyə ilə müqayisədə xeyli populyarlaşıb.

“Posta” qəzetinə istinadən verdiyi məlumata görə, serial Cənubi Argentinada yayımlandıqdan sonra ora dəvət olunan aktyorun həyatı son 2 il ərzində təmamilə dəyişib.

Argentinada böyük maraqla qarşılandıqdan sonra ora köçən E. Demir oynadığı tamaşalarla daha da məşhurlaşıb.

Argentinada baş verən güclü zəlzələdən sonra şəhər-şəhər gəzib humanitar yardımları insanlara çatdırmaqla xalqın könlünü fəth edən Demirin nüfuzu Cənubi Amerikada da yayılıb. Prezident, baş nazir və nazirlər onunla görüşmək üçün dəvətlər göndərirlər. Əfsanəvi futbolçu Maradona da onu evinə dəvət edərək birlikdə yemək yeyib.

E. Demir Argentinada 2016-cı ilin ən yaxşı teatr ustası seçilib.

“Bura gəldiyim gündən bəri 5 ulduzlu hoteldə qalıram və bir qəpik də ödəmirəm. Dövlət mənə özəl mühafizəçi verib. Türkiyədə bir həftə ərzində qazandığım pulun 2 qatını bir tamaşaya əldə edirəm. Orada oynadığım serialdan bir neçə dəfə pulumu ala bilməmişəm. Türkiyə mənim sevdamdır, amma burada krallar kimi yaşayıram”, - deyə aktyor bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024