Adil Əliyev niyə hədəf seçilib?
Tarix: 25-12-2024 | Saat: 17:54
Bölmə:Gündəm | çapa göndər
Prezident İlham Əliyevin sərəncamı ilə cəmi 5 ay öncə Suraxanı rayon icra hakimiyyətinin başçısı seçilən Adil Əliyevə qarşı hansısa qüvvələr tərəfindən gözdənsalma, qaralama kapmaniyası aparılır. Belə düşünməyə imkan verən bir neçə məqam var. Birincisi, yuxarıda qeyd elədiyimiz ki, Adil Əliyev cəmi 5 ay öncə Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin edilib. Bu müddət bir məmurun, xüsusisən də icra başçısı olan dövlət məmurunun fəaliyyətinə qiymət vermək üçün çox az müddətdir. İstənilən bir infrastruktur layihəsinin həyata keçirilməsi üçün ən azı 1-2 il vaxt lazımdır. Adil Əliyevin Suraxanı rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyətinə qiymət vermək üçün ən azı bir il keçməlidir. Amma belə görünür ki, kimlərsə gözləyə bilmir. Adil Əliyevin icra başçısı kimi fəaliyyətində qüsur tapa bilməyənlər isə qaralama kampaniyasına əl atırlar. Suraxanı rayona aid olmayan hadisələrlə bağlı yayılan narazılqı və etirazları dolayısı yola Adil Əliyevin üzərinə yönləndirməyə cəhd edirlər. Başqa bir rayonda diqqətsizliklə üzləşən şəhid ailəsinin problem ilə bağlı yayımda Adil Əliyevin şəklini əlavə edənlər heç şübhəsiz ki, bununla nə etmək istədiklərini bilirlər. Çünki göz yadaşı daha qalıcıdır. İnsanlar gördüklərini daha yaxşı yadda saxlayırlar. Buna görə də Suraxanı rayonuna aid olmayan bir şikayətlə bağlı video görüntüdə Adil Əliyevin şəklini yayımlamaqla insanların yaddaşına şikayətin mövzusunu və “səbəbkarını” həkk edirlər. Adil Əliyev müasir Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiyi üçün onu çoxları tanıyır. Bu isə qaralama kapmaniyasını təşkil edənlərə imkan verir ki, bir şəkillə diqqətləri ona yönətsinlər. Hətta həmin şikayətin nədən bəhs etdiyindən xəbəri olmayan yalnız görüntüyə əsaslanaraq Adil Əliyevin şəhid ailəsinə qarşı hörmətsizlik etdiyini düşünə bilər. Halbuki, Azərabyacanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına ən çox diqqət göstərən dövlət məmurlarından biri məhz Adil Əliyevdir. Ancaq bu qaralama kampaniyasını təşkil edənlərin vicdanını ağrıtmır. Çünki böhtanla məşğul olanların vicdanı olmur.
Adil Əliyevə qarşı qaralama kampaniyasının arxasında daha ciddi məsələlər dayana bilər. Məlum olduğu kimi ölkəmizin ətraflında dövlətlərdə sabitlik bir-bir pozulur. Azərabycanda mövcud olan sabitlik ölkəmizin əleyhidarıarına rahatlıq vermir. Sabitliyin pozulduğu bütün ölkələrdə sınanmış bir üsul var. Bu da dövlət məmurlarının, mövcud olan iqtidarların təmsilçilərinin gözdən salınmasıdır. Sabitliyin pozulduğu ölkələrdə bunu müşahidə etmək olar. Adil Əliyev 1993-cü ildən, Umummili Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sabitliyin təmin olunmasında öncə polsi zabiti kimi, daha sonra millət vəkili və Milli Məclis sədrinin müavini kimi fəal iştirak edib. Adil Əlievin 1993-cu ildən bəri Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkədə iqtidar-xalq birliyinin yaranmasına verdiyi töhfə onu sabitliyin pozulmasında maraqlı dairələrin hədəfinə çevirilməsi üçün kifayət qədər yetərli arqumentdir.
Ancaq bütün bunlara Azərbaycanda sabitliyi pozmağa çalışanların pis niyyətləri gerçəkləşməyəcək. Çünki Azərbaycan xalqı ona tarixi qələbə yaşatmış liderinə, Prezident İlham Əliyevə sadiqdir. Müstəqil Azərbaycanın ən böyük qələbəsinin memarı olan Prezident İlham Əliyevin təyin etdiyi vəzifəli şəxslərin də dövlət başçısı tərəfindən diqqətlə seçildiyi məlumdur. Bütün bunlar Azərbaycanda sabitliyin güclü əsaslar üzərində yarandığını göstərir. Belə bir şəraitdə qaralama kampaniyası ilə heç bir qüvvə bəd niyyətlərini gerçəkləşdirə bilməz.
Arzuman Loğmanoğlu
Sozcu.info
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ