Aktauda qəzadan sağ çıxanlardan biri məşhur alimin qızı imiş -Foto
Tarix: 25-12-2024 | Saat: 16:34
Bölmə:Ölkə | çapa göndər

Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Həmid Bisliyevin qızıdır.
aia.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, 54 yaşlı Cəmilə Bisliyeva Aktauda “Embraer 190AR” markalı təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxa bilib.
Əbdül-Həmid Bisliyev 1991-ci il noyabrın 11- də yoldaşı, pedaqoji elmlər doktoru, professor, Çeçenistan Dövlət Universitetinin rektoru Viktor Abramoviç Kan-Kalikə kömək etdiyi üçün öldürülüb. Kan-Kalik və Bisliyev universiteti birlikdə tərk edərkən bir qrup silahlı şəxs rektoru tutaraq maşına mindirməyə çalışıb. Onları dayandırmağa çalışan Bisliyev avtomatdan açılan atəşlə qətlə yetirilib.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər