Mobil versiya
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi
Tarix: 25-12-2024 | Saat: 15:48
Bölmə:Siyasət / Manşet | çapa göndər

Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

aia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin spikeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri hər birimizi sarsıtdı. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024