Mobil versiya
"Barselona" Pedri ilə bağlı qərar verdi
Tarix: 25-12-2024 | Saat: 11:58
Bölmə:İdman | çapa göndər

"Barselona" Pedri ilə bağlı qərar verdi

"Barselona" futbolçusu Pedrinin gələcəyi ilə bağlı yekun qərarını verib.

aia.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu yaxında 22 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayacaq. Sözləşmənin müddəti 2030-cu ilin yayınadək olacaq.

"Barselona"nın Pedri ilə uzunmüddətli müqavilə imzalamasını baş məşqçi Hans-Diter Flik istəyib. O, almaniyalı mütəxəssisin sistemində əsas yarımmüdafiəçidir

Qeyd edək ki, Pedrinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm komandanın heyətində 25 oyunda 4 qol vurub və 3 qolun ötürməsini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024