Mobil versiya
Əsədin xilas edilməsində Lavrovun rolu üzə çıxıb.
Tarix: 13-12-2024 | Saat: 20:30
Bölmə:Özəl | çapa göndər

Əsədin xilas edilməsində Lavrovun rolu üzə çıxıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya prezidenti Bəşər Əsədin təhlükəsizliyini təmin etmək və onun ölkədən çıxarılmasını təmin etmək üçün əlindən gələni edib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.“Qərb təhlükəsizlik mənbələrindən biri bildirib ki, [Rusiya xarici işlər naziri Sergey] Lavrov Əsədin təhlükəsiz gedişini təmin etmək üçün “mümkün olan hər şeyi” edib”, - agentliyin hesabatında qeyd edilir.
Xüsusilə, materiala görə, Dohada danışıqlar zamanı Lavrov Türkiyə və Qətərdən Əsəd üçün təhlükəsizlik zəmanəti alıb və onlar təxliyyənin rahat aparılması üçün silahlı qruplara təsir göstərməyi öhdələrinə götürüblər.
Bundan əvvəl Suriya hərbçiləri Reuters agentliyinə bildiriblər ki, Suriya ordusu ciddi ruhdan düşüb, korrupsiya və kadr çatışmazlığından əziyyət çəkir və bu, ölkə prezidenti Bəşər Əsədin devrilməsi ilə nəticələnib. Agentliklə söhbətində hərbçilərdən biri, 23 yaşlı Fərhan əl-Xuli maaşların aşağı olmasından və kəskin insan çatışmazlığından şikayətlənib. Onun sözlərinə görə, həmkarları ilə birlikdə saxladığı zastava doqquz yox, üç nəfər tərəfindən qorunub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024