Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib -- Yenilənib
Tarix: 13-12-2024 | Saat: 17:50
Bölmə:Manşet / Siyasət | çapa göndər
Dekabrın 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasın 10 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova ilk iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, üçüncü oxunuşda müzakirəyə təqdim edilən bu qanun layihələrinin mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Spiker 1-ci məsələnin “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, 2-ci məsələnin isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinə dair məlumat verib. O, layihənin ikinci oxunuşu zamanı bir sıra millət vəkillərinin bəzi təkliflərlə çıxış etdiyini, onlarla fərdi qaydada söhbət aparıldığını, həmçinin həmin deputatların, eyni zamanda, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin, ANAMA-nın nümayəndələrinin məsələnin üçüncü oxunuşu zamanı komitə iclasında iştirak etdiyini və sənədin yekdilliklə plenar iclasa tövsiyə olunduğunu bildirib.
3 fəsil, 14 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, layihədə hər hansı bir dəyişiklik olmadığı üçün onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəd "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri növbəti məsələnin “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələ ilə bağlı qeyd edib ki, sənəddə adı çəkilən qanunlarda "Dövlət ehtiyatları haqqında" Qanuna uyğunlaşdırmaq məqsədi ilə dəyişiklik edilməsi təklif olunur.
Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası "Dövlət ehtiyatları haqqında" Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Qanundan çıxarılması təklif olunur. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanuna təklif edilən dəyişiklik isə "Dövlət ehtiyatları haqqında" Qanunda istifadə olunan anlayışlara uyğunlaşdırılması zərurətindən irəli gəlir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, ölkə Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
Komitə sədri vurğulayıb ki, bir çox sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın müasir diplomatik xidmətinin də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyulub. İndiki dövrdə Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması uğurlu hərbi və döyüş taktikası ilə yanaşı, həm də uzaqgörən xarici siyasətin vəhdəti nəticəsində baş tutdu. Bu dövr ərzində Azərbaycan xalqı və geniş ictimaiyyət ölkə Prezidentinin xarici siyasətində və diplomatiyasında uğurlu hücum taktikasını müşahidə etdi.
Əli Hüseynli qeyd edib k, bu siyasətin həyata keçirilməsi mükəmməl diplomatik xidmətin təşkilinə və diplomatik xidmət əməkdaşlarının peşəkarlığına söykənir. Hazırda bu məsələlərin 2001-ci ildə qəbul edilmiş “Diplomatik xidmət haqqında” Qanunla tənzimləndiyini deyən komitə sədri, yeni qanun layihəsinin hazırlanmasını zəruri edən hallar barədə danışıb. O, bir sıra məsələlərin mövcud qanunvericilikdə tənzimlənmədiyi üçün diplomatik xidmət sahəsində “Dövlət qulluğu haqqında” Qanunun normalarına istinadən edildiyini və bu halın aradan qaldırılması üçün çoxlu sayda dəyişikliklər edilməsinə ehtiyac olduğunu söyləyib. 2001-ci ildə qəbul edilmiş qanunun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq yenidən işlənilməli olduğunu deyib. Diplomatik xidmət orqanlarının hazırkı dövrdə, o cümlədən Vətən müharibəsindən sonra ölkə Prezidentinin tapşırığı ilə daha geniş və spesifik fəaliyyət göstərdiyini, Xarici İşlər Nazirliyi əməkdaşlarının beynəlxalq məhkəmələrdə Azərbaycanın maraqlarını peşəkarlıqla qoruduqlarını bildirib. Həmçinin qeyd edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra dünya miqyasında ölkəmizin yeri və rolu diplomatik xidmətin müasir tələblərə uyğun qurulmasını tələb edir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi 5 fəsil, 31 maddədən ibarətdir. Sənəddə əsas anlayışlar, diplomatik xidmət haqqında qanunvericilik, diplomatik xidmətin prinsiplərinə dair müddəalar öz əksini tapıb. Habelə, diplomatik xidmət orqanlarının sistemi, onların fəaliyyət istiqamətləri və funksiyaları müəyyən edilir. Layihədə, habelə diplomatik xidmət orqanı əməkdaşlarının vəzifə və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, həvəsləndirilmə tədbirləri, intizam məsuliyyəti, əməyin ödənilməsi ilə bağlı məsələlər ehtiva olunur. Bildirilir ki, diplomatik xidmət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarına, səlahiyyət dairəsinə və tutulması üsullarına, habelə müvafiq diplomatik xidmət orqanının struktur quruluşuna və ştat cədvəlinə uyğun olaraq müəyyən edilir. Daimi diplomatik xidmətə qəbul edilən diplomatik xidmət əməkdaşlarına tutduqları diplomatik vəzifəyə uyğun diplomatik rütbə verilir. Həmçinin qeyd edilir ki, müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ vardır. Diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Sənəddə diplomatik xidmətdə staj, sınaq keçmə, rotasiya, fəaliyyətin qiymətləndirilməsi, attestasiya, əməkdaşın geri çağırılması və xidmətinə xitam verilməsi kimi məsələlər də yer alıb. Qanunda diplomatik xidmət orqanları əməkdaşlarının və onların ailə üzvlərinin təminatı ilk dəfə olaraq BMT sisteminə uyğunlaşdırılır.
Əli Hüseynli onu da qeyd edib ki, son illərdə parlamentlə Xarici İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı parlament diplomatiyasının həyata keçirilməsinə öz töhfəsini verir. O, bildirib ki, müzakirəyə çıxarılan yeni qanun ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün mükəmməl hüquqi baza rolunu oynayacaq.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirib. O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qazanılan qələbə, eyni zamanda, Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici siyasətinin də qələbəsidir. Səməd Seyidov Azərbaycanın qələbəsinin Ermənistanın və bəzi Qərb dövlətlərinin revanşist qüvvələrini narahat etdiyini, bu qüvvələrin ölkəmizə qarşı qərəzli siyasət apardığını söyləyib. O, bildirib ki, bütün bu səylərə baxmayaraq, ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət həm regional, həm də qlobal müstəvidə ölkəmizin milli maraqlarını yüksək səviyyədə müdafiə etmək imkanını yaratdı.
Komitə sədri bu günlərdə Azərbaycanın evsahibliyi ilə keçirilmiş COP29 konfransında iqlim və ekologiya sahəsində mühüm nəticələr əldə edildiyini, bununla ölkəmizin beynəlxalq nüfuzununun daha möhkəmləndiyini və bunun bizə qarşı çıxan qüvvələr üzərində diplomatik zirvənin parlaq nümunəsi olduğunu qeyd edib. O, vurğulayıb ki, COP29 ölkə Prezidentinin xarici siyasətinin və Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirilməlidir.
Habelə, bildirilib ki, Qərbi Azərbaycandan qovulmuş 400 min azərbaycanlının tarixi ədalətsizliyə uğradığı artıq sübut olunub. Bu məsələnin bu gün BMT-də, müxtəlif dövlətlərdə, beynəlxalq konfranslarda geniş şəkildə müzakirə edilməsi Azərbaycanın xarici siyasətinin gücünü, təsir imkanlarını bir daha sübut edir.
Bununla yanaşı, qeyd edilib ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi, Şuşa Bəyannaməsinin imzalanması, Türk dünyasının yüksəlişi ölkəmizin xarici siyasətinin ən parlaq nümunələrindəndir.
Səməd Seyidov “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin mahiyyəti barədə fikirlərini açıqlayaraq, sənəddə ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin, maddi təminatının, sosial müdafiəsinin tənzimlənməsi ilə bağlı məsələlərin geniş şəkildə ehtiva edildiyini söyləyib və rəhbərlik etdiyi komitənin qanun layihəsinə dair müsbət rəy verdiyini bildirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.
Bildirilib ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir. Təqdim edilən layihədə diplomatik xidmətdə tənzimlənməsinə ehtiyac duyulan əsas məsələlərin, o cümlədən əməkdaşa öz vəzifə borcunu yerinə yetirə bilməsi üçün müvafiq xidməti şəraitin yaradılması və xaricdə xidmət dövründə onun ailəsinin birliyi üçün önəm daşıyan məsələlərin əməkdaşın qanuni maraqları çərçivəsində baxılaraq həll edilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinə səbəb olur. Bunu nəzərə alaraq, qanun layihəsində təklif olunan dəyişikliklər nəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.
Sonra bu sənəd barədə İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdikləri komitələrin müsbət rəyini diqqətə çatdırıblar.
Məsələ ətrafında müzakirələrdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədrləri Hicran Hüseynova, Zahid Oruc, Tahir Rzayev, Polad Bülbüloğlu, deputatlar Vüqar Bayramov, Nigar Arpadarai, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Sahib Alıyev, Ramil Həsən, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Hikmət Məmmədov, Elşən Musayev, Günay Əfəndiyeva çıxış ediblər, öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.
Parlamentin sədri Sahibə Qafarova müzakirələrdə 16 nəfərin iştirak etdiyini, çıxışlarda səslənən fikirlərin qanunun vacibliyini göstərdiyini qeyd edib.
Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İ
clasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Bildirilib ki, qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilən qanun layihəsində Şəhərsalma və Tikinti Məcəlləsinə 79.1.11-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Dəyişiklikdə mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucularının yerləşdirilməsinə görə xüsusi icazənin tələb olunmadığı göstərilir.
Bu dəyişiklik elektrik mühərrikli nəqliyyat vasitələrindən daha geniş istifadə edilməsinə əlverişli mühit yaradacaq. Eyni zamanda, şəxslərin xüsusi icazə almadan torpaq sahələrində elektrik enerjisi doldurucuları yerləşdirə bilməsi onların bu texnologiyadan istifadəsini asanlaşdıracaq.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar Bəxtiyar Əliyev və Qüdrət Həsənquliyev öz fikirlərini və bəzi qeydlərini söyləyiblər.
Deputat Nurlan Həsənov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, layihə müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsinin təşviqi, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirilməsi məqsədilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, Miqrasiya Məcəlləsinə təklif edilən 3.0.10-1-ci maddəyə əsasən, yüksəkixtisaslı miqrant dedikdə yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
Bildirilib ki, layihədə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir. Belə ki, yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Bununla yanaşı, sənəddə "Dövlət rüsumu haqqında" Qanuna əlavə edilməsi nəzərdə tutulan 14.8.2-1-ci və 14.8.5-1-ci maddələrin tələblərinə uyğun olaraq, həmin Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə fikirlərini açıqlayaraq qeyd edib ki, Prezidentin müvafiq Sərəncamı əsasında ölkəmizdə yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksəkixtisaslı Miqrant Proqramı" təsis edilib. O, layihədə miqrantlara güzəştlərin təklif edildiyini, bunun əmək bazarı və müasir iqtisadi inkişafın reallıqları ilə bağlı olduğunu, yüksək ixtisaslı mütəxəssislərin idxalı və ixracının bazar iqtisadiyyatının mahiyyətindən irəli gələn proses olduğunu deyib. Komitə sədri sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.
Deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
O, sənəddə ölkə Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələrək bir sıra düzəlişlərin təklif edildiyini deyib. Qeyd olunub ki, Milli Fəaliyyət Planında dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatların digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi prinsipi müəyyən edilib. Bildirilib ki, bu prinsipin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edir, vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı öhdəliklərinin və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edir.
Layihədə, habelə uyğunlaşma çərçivəsində bir sıra qanunlarda "Elektron hökumət portalı" sözlərinin "Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilməsi və bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.
Qeyd olunub ki, sənəddə elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində fəaliyyətin effektiv təşkili, müvafiq sahə üzrə inzibatçılığın, habelə vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə əsas həyat hadisələri üzrə təqdim olunan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının təminatını nəzərdə tutan müddəalar vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına, kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunmasına, dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsinə, məmur-vətəndaş təmasının daha da azalacağına, vətəndaşlar və digər xidmət istifadəçilərinin dövlət xidmətlərindən istifadə rahatlığının təmin edilməsinə və məmnunluq səviyyəsinin artırılmasına şərait yaradacaqdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sənəd barədə bu komitələrin rəyləri təqdim etdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
O bildirib ki, son illərdə ölkədə aparılan iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatımızda dövlət tənzimlənməsi və dövlətin iqtisadiyyatdakı funksiyaları da köklü dəyişikliyə məruz qalır. Xüsusən də strateji sahələrə özəl sektorun cəlb edilməsi üçün şərait yaradılır ki, bu sahələrdə dövlətin təsərrüfat funksiyaları inzibati funksiyalarla əvəz olunur. Müzakirəyə çıxarılan qanun layihəsi də strateji sahələrdə fəaliyyətin yeni prinsiplər əsasında dövlət tənzimlənməsinə xidmət edir. Azər Əmiraslanov qeyd edib ki, layihədə nəzərdə tutulan rüsum inzibatçılığı vətəndaşların cəlb edildiyi rüsumlarla bağlı deyil.
Komitə sədri vurğulayıb ki, layihədə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin təkmilləşdirilməsi üçün elektron informasiya sisteminin yaradılması rüsum inzibatçılığının keyfiyyətinin artırılmasına gətirib çıxaracaq.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə ilə bağlı komitəsinin müsbət rəyini bildirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024