Mobil versiya
NYT: Suriya Rusiya və İranın zəifləməsi səbəbindən Hələbi itirdi
Tarix: 02-12-2024 | Saat: 17:19
Bölmə:Özəl | çapa göndər

NYT: Suriya Rusiya və İranın zəifləməsi səbəbindən Hələbi itirdi

Bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti yazır.

“İllər boyu Suriya prezidenti Bəşər Əsəd Rusiya, İran və Hizbullahın köməyi ilə müxalifətin hücumlarını dəf edə bildi. İndi bu müttəfiqlər öz münaqişələri ilə zəiflədikləri və ya diqqətlərini yayındırdıqları üçün üsyançılar güc balansını dəyişmək fürsətindən istifadə etdilər.
Suriya hakimiyyəti Rusiya və İranın dəstəyinin zəifləməsi fonunda Hələb şəhərinə nəzarəti itirib.Müəlliflər dəstəyin zəifləməsinə müxtəlif amillərin təsir etdiyini əlavə ediblər. Xüsusilə, İran İsrailin hücumlarının artması ilə üzləşdi, Hizbullah İsrail tərəfi ilə münaqişədə zəiflədi, Rusiya isə Ukraynadakı münaqişəyə diqqət yetirdi. Bundan əlavə, jurnalistlərin fikrincə, Suriya ilə bağlı mövqeyinə yenidən baxa biləcək Türkiyə də rol oynayıb.
Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.
Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olması barədə məlumat yayıb. Rusiya aviasiyası yaraqlıların cəmləşdiyi ərazilərə zərbələr endirir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2024