Mobil versiya
Tbilisidəki aksiyada 100-dən çox polis yaralanıb
Tarix: 02-12-2024 | Saat: 10:18
Bölmə:Dünya / Karusel | çapa göndər

Tbilisidəki aksiyada 100-dən çox polis yaralanıb

Gürcüstanın paytaxtı Tbilisidə son bir neçə gündür davam edən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı xəsarət alıb.

aia.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

“Aksiya iştirakçılarının zorakılığı səbəbindən dekabrın 1-2-də DİN-in 21 əməkdaşı xəsarət alıb. Onlara hazırda tibbi yardım göstərilir. Son günlər aksiyalarda ümumilikdə 113 polis yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Gürcüstan parlamentinin qarşısında aksiya zamanı etirazçılar polislərə daş, yandırılmış əşyalar, şüşə butulkalar, eləcə də pirotexniki vasitələr atıb. Axşam saatlarından başlayan aksiyalar səhərə qədər davam edir, xüsusi təyinatlılar etirazçıları ərazidən uzaqlaşdırdıqda isə başa çatır.

Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 200-dən çox etirazçı saxlanılıb. Etirazların keçirilməsinə səbəb isə Baş nazir İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-nin bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2024