Mobil versiya
"Paşinyan yaxşı olar ki, regionda yenidən gərginliyi artmaq əvəzinə sülh müqaviləsi imzalanmaq üçün tələbələrimizi icra etsin"
Tarix: 02-12-2024 | Saat: 15:19
Bölmə:Siyasət | çapa göndər

"Paşinyan yaxşı olar ki, regionda yenidən gərginliyi artmaq əvəzinə sülh müqaviləsi imzalanmaq üçün tələbələrimizi icra etsin"

""Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri məqsədli olub. Çünki, Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının "müşahidə missiyasını" çıxaracağını demişdi".

Bunu mətbuata danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Az bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlir və Avropa İttifaqının keçmiş hərbçilərdən təşkil olunmuş qrupun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verir:

"Sonra da Polşa müşahidəçilərinin artıracağı ilə bağlı fikirlər səsləndirir. Bütün bunlar Avropa İttifaqının regionumuzda sülhün gəlməsinə mane olmağına çalışmasıdır. Çünki, gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi. Amma Dudanın səfərindən sonra Ermənistan şərti sərhədimizə qoşun hissələrin yığdığını, səngərlər qazıldığını müşahidə edirik. Bütün bunlar onu deməyə imkan verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır. Bu ilk növbədə Qərbin istəyidir. Çünki, Qərb Rusiyanın qonşuluğunda ikinci bir müharibə ocağını yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Fransa artilleriya qurğularını, Yunanıstan S300 radar kompleksini, Hindistan raket komplekslərini Ermənistana tədarük etmişdir".

Deputat vurğulayıb ki, Qərbdən dəstək alan Ermənistan da ruhlanır və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib:

"Paşinyan üçün bu arada hərbi əməliyyatlara başlanması və hər hansı kiçik də olsa bir uğur qazanması lazımdır. Çünki, Ermənistan ictimaiyyəti arasında Paşinyanın nüfuzu kifayət qədər aşağı düşmüşdür. 2026-cı ildə keçiriləcək seçkilərdə hakimiyyəti yenidən əlində saxlamaq üçün Paşinyana kiçik də olsa bir uğur lazımdır. Ona görə də vəziyyəti gərginləşdirmək üçün çalışır. Digər bir məsələ Qərb və Ermənistan Azərbaycanla danışıqlarda hər hansı bir üstünlüyə nail olmaq üçün kiçik də olsa bir qələbə qazanmağa çalışır. Yəni hesab edirlər ki, ordusuna gətirdiyi Hindistan raketləri və Qərb hərbi texnikaları, Fransanın keçdiyi hərbi təlimlər onlara Azərbaycan üzərində üstünlük qazandırmağa imkan verəcəkdir. Amma çox yanılırlar və təəssüf ki, Paşinyan çox yanlış yoldadır. Çünki, Ermənistan nə qədər silahlansa da Azərbaycandan güclü ola bilməz. Birincisi ona görə ki, Azərbaycan ordusu Ermənistandan sayca çoxdur. İkincisi isə Azərbaycan ordusunun peşəkarlığı yüksəkdir və öz gücünü təlim meydanlarda yox, birbaşa döyüş meydanında nümayiş etdirmişdir. Müharibədən sonra formalaşdırılmış yeni Komando qoşun növləri qarşısına qoyduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etmək qabiliyyətindədir. Üçüncüsü isə Azərbaycan daha müasir silahlarla silahlanır və mütəmadi keçirlən hərbi təlimlərlə yeni silahlara yiyələnmə qabiliyyətini və peşəkarlığını artırır. Bu baxıəmdan Qərbin Ermənistanı yenidən revanşizmə hazırlamaq cəhdləri boş xəyallardan başqa bir şey deyil. Əgər Ermənistan Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa böyük faciə ilə qarşılacaqdır. Çünki, Azərbaycan ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa hərbi hədəflər harda olmasından asıllı olmayaraq məhv ediləcəkdir. Belə ki, legitim hədəflərimiz Ermənistan ərazisində ola bilər və əgər həmin nöqtələrdən ölkəmizə potensial təhlükə yaranarsa təhlükəsizliyi təmin etmək hüquqmuzdur və Ermənistan ərazisi müharibə meydanına çevriləcəkdir. Bu da ermənilərə yeni faciələr gətirəcək və bir dövlət kimi qalıb qalmamaq məsələsi gündəliyə gələcəkdir.
Azərbaycan müharibə istəmir və ona görə də Ermənistana sülh əlimizi uzatmışıq. Amma özümüzü müdafiə etmək hüquqmuz həmişə qalır və yenidən təhlükəli vəziyyət yaranarsa bütün resurslarımızdan istifadə olunmaqla suverən ərazilərimiz qorunacaqdır. Ermənistan unutmasın ki, Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır və onların kiminlə üz-üzə gəlmək istədiyini yaxşı düşünsünlər. Əgər vəziyyət yenidən gərginləşərək Paşinyana 2020-ci ilin noyabrında olduğu kimi yalvarışlar kömək etməyəcək. Belə ki, Ordumuz Ermənistanın tam demilitarizasiyası edilməsi vəzifəsini icra etməyə məcbur olacaqdır. Bütün bunları nəzərə alaraq Paşinyan hakimiyyəti regionda yenidən gərginliyi artmaq əvəzinə sülh müqaviləsi imzalanmaq üçün tələbələrimizi icra etsə daha yaxşı olar".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2024