Mobil versiya
Savadlı böhtançılar qəsdən buraxdıqları hərf səhvlərində gizlənməyə çalışırlar
Tarix: 13-11-2024 | Saat: 18:51
Bölmə:Özəl / Təhsil | çapa göndər

Savadlı böhtançılar qəsdən buraxdıqları hərf səhvlərində gizlənməyə çalışırlar

Son vaxtlar Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbi haqqında sosial şəbəkələrdə ünvansız xəbərlər dolaşmaqdadır. Qeyd edək ki, məktəbə direktor vəzifəsinə yeni təyin olunmuş Ceyhun Cahangirov daha əvvəl Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin kollektivinə rəhbərlik edib. İşlədiyi müddətdə onun və məktəbin fəaliyyəti Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təqdir olunub. Uzun illər Ceyhun müəllimin rəhbərliyi ilə Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbi həm respublikanın, həm də regionun öncül təhsil müəssisələrindən birinə cevrilib. C.Cahangirovun üstün keyfiyyətlərini dəyərləndirən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin
rəhbərliyi onu Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbin direktoru vəzifəsinə irəli çəkib. Və əsl həngamə də elə bundan sonra başlayıb.
Sən demə, sosial şəbəkələrdə ünvansız yazılanlara inansaq, C.Cahangirov əsl korrupsioner, rüşvətxor məktəb direktorudur. İndi gəlin görək, uzun illər təhsil sahəsində qüsursuz calışmış C.Cahangirov haqda yazılanlar nə dərəcədə həqiqətə uyğundur? C.Cahingirov hazırki vəzifəsində işləməsinin hec bir ili tamam olmamış necə korrupsiyaya qurşandı? Məgər C.Cahangirov o qədər təcrübəsiz oldu ki, sələfinin aqibətini nəzərə almadı? Hələ kecmiş direktorun əməlləri barədə hüqüq-mühafizə orqanları son söz demədikləri halda yeni təyin olunan təcrübəli direktor niyə belə addım atsın?
Bəs elə isə direktora atılan şərin, böhtanın arxasında kimlər durur? Bəlkə kimlərsə kecmiş əməllərini ört-basdır
etmək ücün şər-böhtan taktikasını secməklə sanki yaxalarını qurtaracaqlarını düşünürlər? Əsla! Hər kəs öz əməllərinə görə cavab verəcək. Haqq nazilər, amma üzülməz – deyib atalar.

"Goranboy rayon Tehsil Sektorunun tapşıriğıdır adı ilə sinif rəhbərlərindən qorxutmaq ve şantai üsulu ile 30 manat hesabat pulu, şagirdlərdən summativ pulu, tədbir pulu, 11 - ci sinifleri 500 m müqabilində dərsdən yayındırma pulu, öz adına çoxsaylı dərs saatlar yazib həmin saatlar məktəbin labarant və sosial psixoloquna keçirməye məcbur edir, iki aydır övladlarımıza tarix dərsi keçilmir..." - Sosial şəbəkələrdə Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbin direktoru haqda bu kimi ünvansız "statusu" oxuyanda fikirləşirsən ki, görəsən bu “faktlar” niyə məhz indi ictimailəşdirilir?
Niyə axı uzun illər qüsursuz işləyən C.Cahangirov haqda bu günədək nə mətbuatda, nə də sosial şəbəkədə tənqidi heç nə yazılmadı? Amma necə oldu ki, Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin direktoru təyin olunan kimi bir ilin icərisində az qala hər gün gündəmdə oldu?
Sosial şəbəkələrdə bu məktəb haqda unvansız yazılanlardan daha bir sitat: "Goranboy rayon Dəliməmmədi şəhər tam orta məktəbdə rüşvət və özbaşınalıla, zorakılıa, şantaj həyasızliq avaq açıb yeriyir.

Məktəbin direktoru Ceyhun Cahangirov Goranboy rayon Tehsil Sektorunun tapşıriğıdır..."
Cox maraqlıdır, C.Cahangirovla və Goranboy rayon Təhsil Sektoru ilə bağlı statusların müəllifləri nədənsə özlərini guya savadsızmışlar kimi göstərir, paylaşımlarında hərf səhvləri buraxırlar. Amma əslində onlar nə savadsız, nə də təcrübəsizdirlər. Sadəcə olaraq, bununla iz itirməyə calışırlar. “Bəlkə də qaytardılar” ümidlərinin tükəndiyini görənlər şər, böhtan mövqeyini tutmaqla bir növ özlərini də ifşa etmiş olurlar. Cünki Ceyhun müəllimlə bağlı edilən bütün müraciətlər hərtərəfli araşdırılıb və hec bir fakt təsdiqini tapmayıb.

Sonda görəsən onlar bu “faktları” niyə hüqüq-mühafizə orqanlarına ünvanlamırlar? Əgər əllərində tutarlı dəlillər varsa, nədən unvansız, saxta profil yaradaraq onu sosial şəbəkələrdə yayımlayırlar? Məgər bilmirlər ki, ünvansız profillərdə yazılanlar Ceyhun
müəllimin xeyrinədir?..
Bu gün sosial şəbəkələrdə kiminsə haqqında şər atmaq, onu haqsız yerə ləkələmək, iftira atmaq asan ola bilər. Amma böhtançılar unutmamalıdırlar ki, bu əməllərinin huquqi qiyməti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddələrində, xüsüsən də 148 maddənin 1-ci bəndində verilib: İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə - İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi
adlar, profil və ya hesablar başa düşülür. Hətta bu əməlin sahibi Qurani Kərimin Fatir sürəsinin 35-ci ayəsində də tövbəyə dəvət edilir: "Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanları da bilir.Vaxtları çatanda hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir".
Zakir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024