Ana Sayfa > Siyasət > Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri
Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri12-11-2024, 11:52. Yazar: sevinc1 |
Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir. aia.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib. Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb. "Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram!" - səfir söyləyib. O həmçinin bildirib ki, Azərbaycanla Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-nin dəstəyi ilə regionda transsərhəd çayların su ehtiyatlarının kompleks idarə olunması sxemi ilə bağlı birgə fəaliyyət göstərir. Geri dön |