Regionda yeniliklər yeni müstəvidə həll olunur
Tarix: 11-11-2024 | Saat: 00:20
Bölmə:Özəl | çapa göndər
Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Nəticədə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq, qlobal və regional güclər tərəfindən qəbul edilib. Rusiya və Türkiyə prezidentlərinin məsələyə münasibəti, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar, regionda digər güclərin maraqlarına uyğun olaraq edilən siyasi gedişlər onu göstərdi ki, bölgədə digər qlobal və regional oyunçuların effektivliyi azalıb. 10 noyabr kapitulyasiya aktının imzalanmasından sonra siyasi proseslərə seyrçi mövqeyində qalmaq məcburiyyətində olan dövlətlər və güc mərkəzləri bu vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə bəyan edirlər. Bəzi təşkilatların fəaliyyətinin əhəmiyyətsiz olduğunu anlayan böyük güclər bu məsələyə bu və ya digər şəkildə reaksiya verməyə çalışır. Ancaq dünya dövlətləri də, region dövlətləri də yaxşı başa düşür ki, artıq regionun gələcək nicatı bölgədə yaranacaq daimi sabitlikdən asılıdır.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024