Mobil versiya
Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür
Tarix: 10-11-2024 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür

Ulu Öndər Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə olan hörmət və ehtiramını bu sözlərlə ifadə edir: “Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz lideridir.”
“Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir” söyləyən ümummilli lider Heydər Əliyev də Müstafa Kamal kimi həyatını xalqının müstəqillik və azadlığının əbədiliyi naminə sərf etmiş, özünün də vurğuladığı kimi, bütün ömrünü millətinin rifahına həsr etmişdir.

Qazi Mustafa Kamal Paşa hələ sağlığında Türkiyənin müstəqilliyinin, Cümhuriyyətin atası hesab olunurdu. Türkiyə tarixində oynadığı əhəmiyyətli rola görə 1928-ci ildə Türkiyə Böyük Millət Məclisinin xüsusi qərarı ilə Mustafa Kamala “Baş müəllim” dərəcəsi, 1934-cü ildə isə rəsmən "Atatürk" soyadı verilib. Allahın türk xalqına xilaskar kimi göndərdiyi Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida edəndən sonra bütün əməlləri, varlığı, həyatı ilə əbədi yaşamaq, ölümsüzlük haqqı qazandı. Təsadüfi deyil ki, BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO tərəfindən 1981-ci il "Atatürk ili" elan olunmuşdu. 3 il əvvəl isə türk alimləri kəşf etiyi Yupiterə bənzəyən yeni planetə “Atatürk” adını verməyi qərara aldılar. “Nə mutlu türküm deyənə” sözlərinin müəllifi olan Atatürk haqqında dörd yüzə yaxın əsər yazılıb. Kitablar bu tarixi şəxsiyyətin insan olaraq necə biri olduğunu çox yaxşı izah edirlər. Bu kitablarda Atatürkün xarakteri, nikbinliyi, zarafatları, qəribəliyi, hazırcavab olması və sair keyfiyyətlərindən bəhs olunur.
Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilmişdir. Döyüşün sonunda Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatına öndərlik etmişdir. Qurtuluş döyüşü müddətində Ankara Hökumətini qurmuş, hərbi hərəkətləriylə Antanta dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğratmış və türk millətini zəfərə aparmışdır.
Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir və sekulyar bir dövlətinə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar başlatmışdır. Liderliyi altında minlərlə yeni məktəb inşa edildi. İbtidai pulsuz və zəruri hala gətirildi. Qadınlara qeyri-bərabərlik və siyasi hüquqlar verildi. Kəndlilərin kürəyinə yüklənən ağır vergilər azaldıldı. Türk orduları baş komandiri olaraq Sakarya meydan müharibəsindəki müvəffəqiyyətinə görə 19 sentyabr 1921-ci il tarixində "Qazi" adını almış və marşallığa yüksəlmişdir. Xalq Firqəsini qurmuş və ilk ümumi başçısı olmuşdur. 1938-ci ildəki vəfatına qədər arxa-arxaya 4 dəfə prezident seçilən Atatürk bu vəzifəni ən uzun müddət icra edən prezident olub.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024