Bayrağımız canımız, ürəyimiz, qürur mənbəyimizdir
Tarix: 10-11-2024 | Saat: 09:36
Bölmə:Özəl | çapa göndər
Tarixən Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsi olub. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə öndə tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla, Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Bu nailiyyətlərin davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsi kimi böyük razılıqla qarşılandı. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq, Azərbaycan vətəndaşına iftixar gətirir. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: "Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün bütöv Qarabağda, Xankəndində, Şuşada dalğalanır. Onu da deyim ki, Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün bu müdrik kəlamların hamısı gerçəkləşdi. Xalqımız bir bayraq altında birləşdi, ordumuz tarixi qəhrəmanlığı ilə suverenliyimizi bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bayrağa tükənməyən məhəbbəti, onu ən ucada tutmağı isə bir sərkərdə olaraq əməllərində təsdiqini tapdı. Cənab Prezident demişdir ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Qürurverci haldır ki, üç rəngli bayrağımız qəlbində vətən sevdası olan hər bir azərbaycanlının canından bir parçadır. Artıq sənə yalnız qələbələr yaraşır, ey əzəmətli bayrağım.
Bəxtiyar Mustafayev ,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024