Novruzəli Aslanov 8 Noyabr – Zəfər Günündə İsmayıllıda şəhid ailələri ilə görüşüb -Fotolar
Tarix: 09-11-2024 | Saat: 11:05
Bölmə:Manşet / Özəl | çapa göndər
Milli Məclisin deputatı Novruzəli Aslanov noyabrın 8-də Zəfər Günü münasibətilə İsmayıllı rayonunda şəhid ailələrini ziyarət edib.
aia.az xəbər verir ki, millət vəkilinin İsmayıllıda vətəndaşlarla artıq ənənəvi olaraq keçirdiyi bütün görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur. Deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Bu baxımdan noyabrın 8-də keçirilən görüş də istisna olmayıb. Həmin gün Novruzəli Aslanov daha üç şəhidimizin ailələri ilə görüşüb.
Şəhdlərimizi oxucularımıza da təqdim edirik:
- Əsgər Rəcəbalıyev Tural Həmid oğlu 1990-cı il oktyabrın 10-da İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2020-ci il 24 noyabr tarixində Vətən müharibəsinin gedişində şəhadət zirvəsinə ucalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub;
- Əsgər Qənbərli Taleh Abil oğlu 17 oktyabr 1994-cü ildə İsmayıllı rayonunun, Quşencə kəndində anadan olub. 2020-ci ilin 6 noyabr tarixində şəhadətə yetişib. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub;
- Əsgər Şirinov Etibar Fazil oğlu 27 avqust 1993-cü ildə İsmayıllı rayonunun, İvanovka kəndində anadan olub. 2020-ci ilin 9 noyabr tarixində şəhadət zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Deputat Novruzəli Aslanovun noyabrın 8-də İsmayıllı rayonunda ziyarət etdiyi şəhid ailələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024