Mobil versiya
Milli Məclisin deputatı Novruzəli Aslanov 8 Noyabr – Zəfər Günü ilə bağlı İsmayıllıda keçirilən tədbirdə iştirak edib -Fotolar
Tarix: 09-11-2024 | Saat: 10:44
Bölmə:Gündəm / Özəl | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov 8 Noyabr – Zəfər Günü ilə bağlı İsmayıllıda keçirilən tədbirdə iştirak edib

Noyabrın 8-də İsmayıllı rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib. Aia.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət edib, önünə gül dəstələri düzüblər. Ulu Öndərimizin və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına dualar oxunub.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, Vətən müharibəsi zamanı qazandığımız tarixi Zəfər xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini nümayiş etdirdi. Vurğulanıb ki, bu gün ölkənin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 gün davam edən Vətən müharibəsinin gedişində şanlı Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdı. Vətən müharibəsi 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu möhtəşəm qələbə ilə Azərbaycan xalqı bütün dünyada güclü və qalib xalq kimi tanındı.

Həmçinin qeyd olundu ki, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 2023-cü il sentyabr ayının 19-20-də, cəmi 23 saat ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu tam bərpa olundu.

Tədbirin bədii hissəsində məktəblilərin hərbi-vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri və ifalarında musiqi nömrələri təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024