Prezident İlham Əliyev: "Bu Qələbə bizimlə əbədi olacaq”.
Tarix: 09-11-2024 | Saat: 09:18
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev Zəfər parkının açılışında geniş çıxış etdi. Dövlətimizin başçısı xalqımızı böyük bayram münasibətilə təbrik edərək deyib: Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Dövlətimizin başçısı burada üçrəngli Dövlət Bayrağımızı ucaldandan, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
“Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, - deyən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir.
qeyd edək ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Eyni zamanda, qeyd edirdilər ki, guya Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Amma onlar ərazilərimizi 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə də işğal etdiyiniz Azərbaycan ərazilərindən çıxın demirdilər. Bununla da başımızın altına əgər belə demək mümkünsə, yastıq qoymaq istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan sübut etdi ki, bunun hərbi həlli var. Və həll də etdi. Daha doğrusu, bu məsələyə birdəfəlik həlledici nida işarəsi qoydu. “Qarabağ Azərbaycandır və nida”nı, yəni bu Qələbəni Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi.
Xalq müraciətində bu məqama da toxunan dövlətimizin başçısı vurğulayıb ki, onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi: “Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Barışmadıq da. Şübhəsiz, bu məsələdə nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayaca deyən və nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər Ali Baş Komandanın xidmətləri misilsizdir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024