Mobil versiya
Göydəniz Qəhrəmanov: “İşğal dövründə Qubadlının dağıdılmış bütün infrastrukturu yenidən bərpa olunur”
Tarix: 23-10-2024 | Saat: 19:22
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “İşğal dövründə Qubadlının dağıdılmış bütün infrastrukturu yenidən bərpa olunur”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin gedişində Şanlı Ordumuzun qəhrəman hərbçiləri bir çox parlaq Qələbələrə imza atmışlar. O cümlədən, Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlamətdar olan 25 oktyabr 2020-ci il tarixi II Qarabağ savaşının gedişində ən əhəmiyyətli günlərdən biri oldu. Qubadlı şəhərində güclü istehkamların qurulmasına, həmçinin ətraf yüksəkliklərdə düşmənin hərbi birləşmələrinin yerləşdirilməsinə baxmayaraq, ordumuzun peşəkarlığı və fədakarlığı sayəsində cəmi bir neçə gün ərzində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Silahlı Qüvvələrimizin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bu medalla ilə təltif edilmişdir. Vətən müharibəsi başa çatdıqdan az müddət sonra, 2020-ci il dekabr ayının 23-də Qubadlıya səfər edən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev burada müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra Qubadlı özünün yeni inkişaf dövrünə qədəm qoydu. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.”

Bu sözləri ölkəmizdə qeyd olunan Qubadlı şəhəri günü ilə bağlı aia.az-a fikirlərini paylaşan millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat işğaldan azad edilmiş bütün digər rayon və bölgələrimiz kimi Qubadlının da sürətlə bərpa olunduğunu diqqət mərkəzinə çəkib: “Vətən müharibəsindən sonra keçən dörd il ərzində işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində həqiqətən möhtəşəm işlər görülüb. İrimiqyaslı layihələrin icrası bu gün uğurla davam edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün işğaldan azad edilmiş rayonlara Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir. O cümlədən dövlət başçımızın Qubadlıya etdiyi səfərlər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, eləcə də sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyasının açılışı olub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Həmçinin bu gün Qubadlıda yol infrastruktur işləri ən yüksək səviyyədə həyata keçirilir. Ötən müddət ərzində Qubadlı şəhərinin baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlanıb. Baş plan ən müasir normalara uyğun hazırlanaraq Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınır”– deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024