Mobil versiya
Həmin tuneli tikən şirkətdən AÇIQLAMA: "Biz özümüz araşdırırıq ki, necə olub"
Tarix: 23-10-2024 | Saat: 16:19
Bölmə:Manşet / Gündəm | çapa göndər

Həmin tuneli tikən şirkətdən AÇIQLAMA:


Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.

aia.az xəbər verir ki, Pravda.az səslənən etirazlarla bağlı "Körpü Bina Tikinti" MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.

Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:

"Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub".

Xatırladaq ki, "Körpü Bina Tikinti" MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024