Mobil versiya
Prezident İlham Əliyev: "Arzu edirəm ki, Füzulidə - doğma vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız."
Tarix: 16-10-2024 | Saat: 14:05
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: "Arzu edirəm ki, Füzulidə - doğma vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız."

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə imzalanan Sərəncama uyğun olaraq 17 oktyabr Füzuli Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz Ordumuzla fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra  işğaldan azad edilmiş ərazilərə ilk səfərləri məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. İlk səfər bərpa işlərinə start verilməsi ilə yadda qaldı. İlk olaraq infrastruktur layihələrinin icrasına başlanıldı. Füzuli-Şuşa yolunu Zəfər yolu kimi dəyərləndirən cənab İlham Əliyev bu yolun tikintisi ilə bağlı tapşırıq verdi.  Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirildi. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olundu. 

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Elm və Təhsil Nazirliyi Fizika İnstititunun icraçı direktoru, professor Hüseyn İbrahimov deyib.

 İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəlir, sakinlərin rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra  Füzuli rayonuna ilk səfəri zamanı bu çağırışları etmişdir ki,  biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Evləri, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri, başqa şəhərlər  nə gündədir.  Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib: «Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.»
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri gələcəyə yönələn mühüm çağırışlarla zəngindir. 

aia.az
Bayram Xudayarov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2024