Mobil versiya
Hersoqdan Ərdoğana: Hədəfimizin Türkiyə olması...
Tarix: 11-10-2024 | Saat: 08:03
Bölmə:Manşet / Dünya | çapa göndər

Hersoqdan Ərdoğana:

İsrailin ölkəsinə qarşı planları ilə bağlı Türkiyə liderinin bəzi şərhlərinin olduğunu gördüm. İsrailin Türkiyəyə qarşı heç bir planı olmadığını açıq şəkildə bildirmək istəyirəm.

aia.az xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözlərinə cavab olaraq deyib.

"Əksinə, Türkiyə xalqına böyük hörmətimiz var, onların da İsrail xalqına böyük hörməti var. Xalqlarımız arasında çoxillik əlaqələr mövcuddur”, - Hersoq qeyd edib.

İsrail prezidenti bildirib ki, hazırda bölgədə davam edən əməliyyatlar regiona sülh və əmin-amanlıq gətirəcək:

“İsrailin hərbi əməliyyatları İbrahim övladlarının bölgədə bir yerdə yaşamaları və sülhə doğru birlikdə hərəkət etmələrinə, bölgə və öz xalqlarının rifahından bir-birinə və bütövlükdə bəşəriyyətə töhfə verməyə imkan verəcək tarixi dəyişikliyə səbəb olacaq. Bu, bizim baxışımızdır. Ona görə də biz şərlə mübarizə aparırıq, Qəzza xalqına, Livan xalqına, İran xalqına fərqli yol və fərqli gələcək təklif edirik”.

Qeyd edək ki, Ərdoğan ötən həftə bəyan etmişdi ki, Livan və Qəzzadan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq./teleqraf.com

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024