Mobil versiya
Pakistanda kömür mədəninə silahlı basqın edilib, azı 20 şaxtaçı ölüb
Tarix: 11-10-2024 | Saat: 08:11
Bölmə:Dünya | çapa göndər

Pakistanda kömür mədəninə silahlı basqın edilib, azı 20 şaxtaçı ölüb

Pakistanda naməlum şəxslər kömür mədəninə silahlı basqın ediblər.

aia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.

Qeyd olunub ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.

Belə ki, silahlı şəxslər Duki ərazisində yerləşən kömür mədənini mühasirəyə alıb və şaxtaçılar üçün nəzərdə tutulan yaşayış yerlərinə atəş açıblar.

Nəticədə azı 20 şaxtaçı ölüb, daha 7 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Agentlik xatırladır ki, hücum İslamabadda keçiriləcək böyük təhlükəsizlik sammiti ərəfəsində baş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024