Mobil versiya
Məşhur Məmmədov Masallıda şəhid ailəsini zyarət edib -Foto
Tarix: 03-10-2024 | Saat: 13:03
Bölmə:Gündəm | çapa göndər

Məşhur Məmmədov Masallıda şəhid ailəsini zyarət edib

Milli Məclisin deputatı Məşhur Məmmədov fəaliyyət proqramı çərçivəsində Masallı rayonunda sakinlərlə, o cümlədən müharibə qaziləri və şəhid ailələri ilə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Sığdaş kəndində keçirilib. Deputat şəhid Amid Yadulla oğlu Salayevin evini ziyarət edib, ailəsi ilə görüşüb.

Azərbaycan Ordusunun əsgəri olmuş Amid Salayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Sığdaş kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Salayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.

18 yaşlı şəhidimizlə bağlı xatirələrini danışan ailənin təsəllisi suverenliyimizin bərpa olunması, şəhidlərin qisasının alınmasıdır. Füzulidə aparılan abadlıq-quruculuq işlərini yaxından izləyən Salayevlər ailəsi övladları ilə bərabər yüzlərlə qəhrəmanın canı bahasına işğaldan azad olunan Füzulinin səmasını hər zaman aydın, sakinlərini xoşbəxt görmək istəyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024