Novruzəli Aslanov: “Cəbrayılın azad olunması Azərbaycanın Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri idi”
Tarix: 03-10-2024 | Saat: 11:30
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu gün Azərbaycan işğaldan azad etdiyi rayonların yenidən qurulmasını böyük vüsətlə həyata keçirməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin bölgələrə etdiyi səfərlər görülən işlərin dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını bir daha vurğulayır. Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olan bütün ərazilərində olduğu kimi, Cəbrayıl rayonunda da həmin dövrdə xalqımıza, dini, tarixi, mədəni irsimizə qarşı ağır cinayət əməlləri törədilmişdir. 1993-cü ilin 23 avqustunda işğal olunmuş Cəbrayıl rayonuna ümumilikdə 14 milyard ABŞ dollarına yaxın məbləğdə ziyan vurulub. Lakin bütün bu haqsızlıqlara 2020-ci ilin oktyabr ayında son qoyuldu. Vətən müharibəsinin gedişində isə şanlı ordumuz tərəfindən Cəbrayılın 1 şəhəri və 80 kəndi işğaldan azad olundu. Müharibəsinin ilk günündə, sentyabrın 27-də cəbhəni yaran ordu hissələrimiz düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Cəbrayılın azad edilməsi ilə bağlı daha bir önəmli məqam bu oldu ki, bu rayonun düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Daha sonra deputat Cəbrayılda gedən bərpa-quruculuq işlərindən bəhs edərək bunları deyib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölglərə hər bir səfəri həmin ərazilərdə inşa edilən və yaxud da yenidən qurulan bir sıra mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. O cümlədən dövlət başçımızın keçən ilin 28 sentyabr tarixində dövlət başçımızın Cəbrayıla etdiyi səfər çərçivəsində rayonda aparılan yenidənqurma işləri ilə bağlı bir sıra vacib tədbirlər keçirilmişdi. Cənb prezident Cəbrayıl şəhərində Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək inzibati binanın təməlini qoymuş, Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdu. Bu gün, həmin tarixi səfərdən bir il sonra, artıq qeyd olunan layihələr üzrə nəzərdə tutulan işlərin böyük bir hissəsi uğurla həyata keçirilmişdir. Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun tamamilə yenidən qurulması işlərini böyük vüsətlə davam etdirir” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65